Təhlükəsiz sifariş üçün məsləhətlər
Bir neçə sadə qayda həm müştərini, həm ustanı qoruyur.
Təcili vəziyyət?
Həyat üçün təhlükə, yanğın və ya qaz iyi olduqda dərhal 112-yə zəng edin. Usta təcili xidmətləri əvəz etmir.
Müştərilər üçün
TapTup çatında yazışın
Yazışma saxlanılır, mübahisə olarsa dəstək komandası ona baxa bilər. Nömrənizi ustalar görmür.
Profilə baxın
“Yoxlanılıb” nişanı, reytinq, real müştərilərin rəyləri və iş şəkilləri seçimə kömək edir.
Qiyməti əvvəlcədən razılaşdırın
İş başlamadan qiyməti, işin həcmini və materialları təklifdə və ya çatda dəqiqləşdirin.
Böyük ön ödəniş etməyin
İşin haqqını görüldükdən sonra ödəyin. Material lazımdırsa, çek istəyin.
Kodları heç kimə deməyin
SMS kodlarını və şifrəni heç kimə verməyin — TapTup əməkdaşları onları heç vaxt soruşmur.
Qaz və elektrik — yalnız mütəxəssis
Bu işlər üçün məhz həmin sahədə işləyən ustanı seçin və işə başlamazdan əvvəl təcrübəsini soruşun.
Ustalar üçün
Detalları çatda dəqiqləşdirin
Gəlməzdən əvvəl ünvanı, vaxtı və işin həcmini təsdiqləyin — sonradan mübahisə az olur.
Bacardığınız işi götürün
Xüsusilə qaz və elektrik işlərində təhlükəsizlik qaydalarına əməl edin.
Razılaşmaya əməl edin
Gələ bilmirsinizsə, müştəriyə əvvəlcədən yazın. Gəlməmələr sistemdə qeydə alınır və reytinqə təsir edir.
Şübhəli sifarişləri bildirin
Qəribə tələblər və ya aldatma cəhdi görsəniz, dəstəyə yazın.
Nəsə düz getmir?
Şübhəli davranış, aldatma cəhdi və ya problem barədə dəstəyə yazın — hər müraciətə baxırıq.
